Şou-biznes

Afaq Aslan kişilərə “namus dərsi“ keçdi: "Arvadından, bacısından bixəbərlər..."

8 Sentyabr 2022 13:22
Baxış: 14 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Afaq Aslan onu təhqir edənlərə cavab verib.

Milli.Az "yeni sabah"a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan ifaçı belə insanlara sərt mesaj göndərib:

"Görəsən, səhifələrdəki xəbərlərin altına məşhurların ünvanına təhqir yazanların öz ailələrindən yaxud evdəkilərindən - arvadından, uşağından, bacısından xəbəri varmı? Bax, bu sual mənim üçün çox maraqlıdır. Evdə ailəsinin namusundan, qeyrətindən bixəbər olanların hamısı sosial şəbəkələrdə nədənsə namus, qeyrət ağacına çevriliblər. Çünki başı ailəsinin qeyrət, namusunu çəkməyə qarışan insanların girib sosial şəbəkələrdə başqalarının ünvanına tənqid, təhqir yazmağa zamanı olmaz!"

Qeyd edək ki, A.Aslan ötən il Dubaya köçüb. Onun əmirlikdə biznesmenlə nişanlandığı barədə məlumatlar yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.