Şou-biznes

“Bu evdə travmalarımla üzləşdim”

7 Sentyabr 2022 17:52
Baxış: 1 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun illərdir Amerikada yaşayan keçmiş aparıcı, hazırda influenser kimi fəaliyyət göstərən Günel Hümbətova instaqramda paylaşımı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, keçmiş evindən foto paylaşaraq xatirələrini bölüşüb:

"Bəzi qalan əşyaları götürmək üçün köhnə evimizə gəldim. Nostalji hisslər yaşadım. Bu ev və bu evdə yaşananlar həyatımda çox böyük dəyişikliklərə səbəb oldu. Məhz bu evdə yeni peşə öyrəndim, tamamilə mənə yad sahədə karyera qurmağa başladım. Bu evdə daha iki yaş böyüdüm.

Son iki ildə yaşadıqlarım üçün içimdən minnətdarlıq hissi keçir. Sanki hansısa məktəbi bitirmişəm  və çoxlu biliklər əldə edib buranı yüksək qiymətlərlə tərk etmişəm. Bu evdə özümlə, travmalarımla üzləşdim.

Bu evdə çox gözəl günlər keçirdim. Həm də acı xatirələrim oldu. Bu evdə bir vaxtlar xəyallarını belə qurmağa çəkindiyim möhtəşəm şirkətə işə qəbul olundum. Məni gözlədiyi yeni evimə əşyalarımla bərabər qayıdıram. Orada inkişafın başqa mərhələsinə çıxacağına əminəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.