Şou-biznes

Məhkəmə Gülşənin etirazını rədd etdi

1 Sentyabr 2022 22:08
Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ev dustaqlığına buraxılan müğənni Gülşən Çolakoğlunun etiraz ərizəsi rədd edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, müğənninin vəkili İstanbul Ədliyyə Sarayına gedərək ev dustaqlığı qərarının qaldırılması üçün ərizə təqdim edib. İddia İstanbul Sülh Cəza Hakimliyi tərəfindən qiymətləndirildikdən sonra rədd edilib. Gülşənin "evi tərk etməməsi" ilə bağlı məhkəmə nəzarətinin davam etdirilməsi qərara alınıb.

Xatırladaq ki, konsertlərindən birində Gülşənin dediyi "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Müğənni İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib. Onun həbsi ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şəxslər arasında narazılığa səbəb olub. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.