Şou-biznes

Oğlundan İbrahim Tatlısəsə: "Artistlik peşəm deyil"

31 Avqust 2022 18:20
Baxış: 1 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni İbrahim Tatlısəsin küsülü olduğu oğlu Ahmetlə bağlı açıqlamalarına ondan da cavab gecikməyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir neçə gün öncə avtomobil qəzası keçirdiyi yerə Ahmet Tatlısəsin gəlməsinə "Heç kimlə barışmamışam. Gecə harada idi bəs? Niyə konsertimə gəlmədi? Sabahı gün səhər yeməyində hamımız bir yerdə idik, o hara idi? Artist kimi gəldi, özünü göstərdi və getdi" deyərək, reaksiya vermişdi.

Oğlu da sosial şəbəkədə paylaşım edərək məsələ barədə yazıb:

"Son yaşanan hadisədən sonra yazılanları təəccüblə oxudum, təkidlə edilən açıqlamalar gündəmdən düşmür. Artistlik nədir bilmirəm, mənim peşəm deyil. İllərdir baş verənlərin nəticəsində ürəyim də duyğusallığını itirib. Çünki artıq bilirəm taraz olmayan tərəzidə ürək ölçülməz".

Qeyd edək ki, bir müddət əvvəl Ahmet Tatlısəs "psixi sağlamlığından şübhələnirəm" deyərək atasını məhkəməyə vermiş və qəyyumluğunu tələb etmişdi. Bu iddiadan sonra sənətçi məhkəməyə müraciət edərək müdafiə istəmişdi. Hakim tərəflər arasında baş verənlərin maliyyə münaqişələrindən qaynaqlandığını əsas gətirərək müdafiə tələbini rədd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.