Şou-biznes

Azərbaycanlı müğənninin ürəyi tutdu - Xəstəxanaya yerləşdirildi - FOTO

29 Avqust 2022 14:10
Baxış: 3 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Şəbnəm Qəhrəmanova bu gün təcili xəstəxanaya yerləşdirilib. Müğənninin anidən ürəyi tutub.

Təcili Tibbi Yardım ilkin müayinədən sonra müğənni xəstəxanaya yerləşdirilib. 

Milli.Az-ın manset.az-a istinadla məlumata görə, sənətçinin meneceri Paşa bildirib ki, Ş. Qəhrəmanova aritmiyadan əziyyət çəkir. Bundan müalicə alır. Hadisənin isə anidən baş verdiyini açıqladı:

"Nə olduğunu anlamadıq. Anidən yıxıldı. Elə bildik ürək döyüntüsü artıb. Gördük vəziyyət o deyil. Təcili yardım çağırdıq. Onlar isə ilkin tibbi yardım göstərdikdən sonra təcili xəstəxanaya aparmalı olduqlarını bildirdilər. Hamıdan xahiş edirəm, dua etsin. Çox narahatıq. Qucağında azyaşlı körpəsi var".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.