Şou-biznes

"Dostluqların dağılmasına “zəhrimar pul” səbəb oldu"

28 Avqust 2022 13:30
Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Faiq Ağayev keçmişdə şou-biznes aləmindəki dostluqlardan danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Söz baz" verilişində qonaq olan sənətçi münasibətlərin pozulmasının səbəbini açıqlayıb:

"Ona "zəhrimar pul" səbəb oldu. Kim daha çox qazanacaq, toyda kim çox oxuyacaq. Təmənna olan yerdə dostluq olmur. O illərdən çox az adam deyə bilər ki, sənət aləmindən mənim dostum qalıb. Böyük sevgi, həsrətlə "Bakı payızı - 88"i xatırlayıram. Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Samir Bağırov, Arzu Rzayev, Sevil Hacıyeva, İlqar Xəyal... Kulisdə biri-birimizə azarkeşlik edirdik, dəstək olurduq. Sanki ortada birincilik məsələsi yoxdur, yarışmırıq, biri-birimizə kömək edirik. Daha sonra təbii ki, illər keçdikcə cavanlığın saflığı silinməyə başlayır. Estrada musiqisinin özülünü Aygünlə mən qoyduq. Daha sonra digərləri bizim açdığımız yolla rahat gedə bildilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.