Şou-biznes

"Gəlinimə qayınana yox, dostam”

27 Avqust 2022 15:08
Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qayınana yox, dostam. Gəlinimdən özümə qarşı pis münasibət görməmişəm. O da məndən görməyib. Çünki o da bir evin qızıdır. Mənim övladım hansısa evin gəlini olacaq. Oğlumun yoldaşı da gəlib ki, xoşbəxt olsun, yaşasın, dünyaya körpələr gətirsin".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "Maqazin Plyus"a müsahibəsində deyib.  Sənətçi yeni ailə quran gənclərin valideynlərinə məsləhət də verib:

"Gənc olurlar, başqa evə gəlirlər. Öyrəşincə, gəldiyi ailənin havasını udub, xasiyyətini götürüncə, zaman lazımdır. O zamanda da şərait yaratmaq lazımdır. Ola bilər ki, gəlin yuxudan gec dursun və ya nəyisə bişirə bilsin və ya bilməsin. Hər şey ola bilər. Gəncləri yola vermək lazımdır".  

Qeyd edək ki, R.Allahverdiyevanın 2 oğlu və bir qızı övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.