Şou-biznes

"İkinci gəncliyimi yaşayıram"

25 Avqust 2022 15:54
Baxış: 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Belə bir ifadə var: "İkinci baharımı yaşayıram". Amma mən deyirəm ki, ikinci gəncliyimi yaşayıram".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva "Söz baz" verilişində deyib. 45 yaşlı sənətçi gəncliyi fiziki proses saymadığını bildirib:

"Gənclik 30-35 yaşa qədər olan fiziki proses deyil. Gənclik insanın ruhunda, qəlbindədir. Yaşımızın nə fərqi var ki? Ruhun, qəlbin, insanın əhvalının fərqi var. Cennifer Lopez deyir ki, "Niyə rəqəmə ilişib qalmısınız?". 53 yaşı var, görünüşündə, dinamikasında, enerjisində, yaradıcılıq fəaliyyətində onun yaşı yox, enerjisi görünür. Mən də düşünürəm ki, bu yolun yolçusu olmalıyam. Enerjili insanam, passiv və köhnə həyatı yox, dəyişməyi, inkişafı, gəncliklə ayaqlaşmağı sevirəm. 18-25 yaşlı gənclərin zövqünü oxşayıramsa, bu mənim uğurumdur. Gənclərin zövqünə həm uyğun gəlmək, həm də zövqünü tərbiyə etmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.