Şou-biznes

"Bu şeyləri yaşamadığım üçün atamı qınamıram"

25 Avqust 2022 04:22
Baxış: 2 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Düşünürəm ki, övladlarım mənim görmədiklərimi yaşıyırlar. Mən onların gördüklərini görməmişəm. Bu şeyləri yaşamadığım üçün atamı qınamıram. O da çox şeylər edə bilərdi. Hətta mənim qazandığım pullarla belə, amma səriştəsi olmayıb. Müəllim olub, yalan da danışa bilməyib".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Hacı Nazim Məmmədov "Sözbaz" proqramında deyib. O bildirib ki, son puluna qədər övladlarına xərcləyir:

"Mən yalan danışa bilirəm, müəyyən məqamlarda məcburam. Pul qazana bilirəm, ən sıxıntılı anımda belə övladlarım var deyə, evdən pulsuz çıxsam da həmin gün ruzi gəlib. Mən o ruzini onlardan heç vaxt əsirgəmirəm. Ən son pulum olanda belə uşaqlarımı gəzməyə aparıram. Anı yaşayan adamam, olmayan şeyləri özümə dərd etmirəm. Mənim üçün bu gün var. Çünki sabah imkansız olsam, barmağım kəsilsə, səsim batsa, peşman olmayım ki, etməmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory