Şou-biznes

Rihannanın sevgilisi silahlı hücumda ittiham olunur - FOTO

17 Avqust 2022 09:07
0 Şərh     Baxış: 1 138
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur pop müğənni Rihannanın sevgilisi, reper ASAP Rocky (əsl adı Rakim Mayers) silahlı hücumda ittiham olunub.

Bu barədə Los-Anceles Dairə Prokurorluğunun (ABŞ, Kaliforniya ştatı) ofisi məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, hadisə 2021-ci ilin noyabrında baş verib. Mübahisə zəminində məşhur rep ifaçısı keçmiş dostuna yarımavtomat silahdan iki dəfə atəş açıb.

ASAP Rocky avqustun 17-də rəsmi ittiham üçün məhkəməyə çağırılıb.

Xatırladaq ki, mayda müğənni Rihanna və ASAP Rocky ilk dəfə valideyn olublar. Onların oğlu dünyaya gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.