Şou-biznes

Depp boşanma qalmaqalına görə uzaqlaşdırıldığı “Fantastik varlıqlar”a qayıda bilər - FOTO

17 Avqust 2022 16:37
0 Şərh     Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Conni Depp "Fantastik varlıqlar və onların məskəni" ("Fantastic Beasts and Where to Find Them") filmindəki roluna qayıda bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə franşizanın ikinci hissəsində aktyoru əvəzləyən Mads Mikkelsen bildirib.

Depp filmin ilk hissəsində "Qrin-de-Vald" obrazını canlandırıb, lakin keçmiş həyat yoldaşı Amber Hördün zorakılıq iddialarından sonra rolundan uzaqlaşdırılıb və ikinci hissədə bu rolu Mikkelsen oynayıb.

"Aydındır ki, indi kurs dəyişib - o, məhkəməni qazanıb. Odur ki, görək qayıdacaqmı? Ola bilər", - deyə Hollivud ulduzu bildirib.

Mikkelsen həmçinin Deppi aktyorluq bacarığına görə tərifləyib.

"Mən Conninin böyük fanatıyam. Düşünürəm ki, o, heyrətamiz aktyordur, məncə, o, fantastik iş görüb", - deyə o bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.