Şou-biznes

Ulduz sənətçi onu kar və kor qoya biləcək xəstəliyindən danışdı: “Sağ qaldığım üçün” şanslıyam - VİDEO - FOTO

10 Avqust 2022 17:52
0 Şərh     Baxış: 1 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Eşton Katçer onu az qala kor qoyacaq, eşitmə və yerimə qabiliyyətindən məhrum edəcək nadir xəstəliyi barədə ilk dəfə danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı o, "National Geographic"in "Bear Qrilslə vəhşi təbiətdə: Çağırış" ("Running Wild with Bear Grylls: The Challenge") şousunun yeni seriyasında bölüşüb.

"İki il əvvəl görmə, eşitmə qabiliyyətimi, bütün motor aparatımı sıradan çıxaran vaskulit xəstəliyinin qəribə, çox nadir formasına tutuldum", - deyə o bildirib.

Qeyd edək ki, vaskulit - qan damarlarının iltihabına səbəb ola biləcək nadir autoimmun xəstəlikdir. Qan axınının məhdudlaşdırılması bəzi hallarda orqan və toxumaların zədələnməsinə səbəb olur.

"O yox olana qədər dərk etmirsən... Deyənə qədər ki, bir daha görə biləcəyəmmi, bir daha eşidə biləcəyəmmi, yenidən gəzə biləcəyəmmi?.. Mən sağ olduğum üçün şanslıyam", - deyə Eşton etiraf edib.

Hollivud ulduzu Mila Kunis ilə evli olan və iki övlad böyüdən aktyor hazırda tam sağalıb. O, heç bir sınağın uğuruna mane olmasına imkan verməyəcəyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.