Şou-biznes

Pike uşaqlarını Şakiraya 400 min avroya verməyə razılaşdı - FOTO

1 Avqust 2022 18:22
0 Şərh     Baxış: 1 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın müdafiəçisi Jerar Pike keçmiş sevgilisi, pop ulduz Şakiranın ümumi övladlarını ABŞ-a köçürməsinə razılıq verib, lakin bununla bərabər futbolçu iki şərt irəli sürüb. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, idmançı israr edir ki, müğənni 400 min avro borcunu ödəməlidir və oğulları Milan və Saşanı görə bilməsi üçün ona hər il İspaniyadan ABŞ-a və geriyə təyyarənin birinci sinifinə aid 5 uçuş üçün bilet almalıdır. 

Xatırladaq ki, Pike və Şakira 2011-ci ildən münasibətdədir, lakin cütlüyün nikahı heç zaman qeydə alınmayıb. İkili ötən ay ayrıldıqlarını açıqlayıblar. 

Əsas mübahisəli məqamlardan biri də uşaqların qəyyumluğu məsələsi olub. Şakira Kataloniyada yalnız Pikeyə görə yaşadığı üçün onunla ayrıldıqdan sonra oğullarını da özü ilə ABŞ-a aparmaq qərarına gəlib, lakin futbolçu bununla əvvəlcə razılaşmayıb.
O, sıx iş qrafikinə görə başqa ölkəyə tez-tez uçuşlar edə bilmədiyini səbəb gətirib.  

Qeyd edək ki, Şakiranın həyatında təkcə bu çətinliklər deyil. Belə ki, bu yaxınlarda İspaniya prokurorluğu vergi fırıldaqları ilə bağlı Şakiraya səkkiz il iki ay həbs cəzası istəyib.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.