Şou-biznes

Sərdar Ortaç necə qızla evlənəcəyini açıqladı

26 İyul 2022 18:36
0 Şərh     Baxış: 1 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özəl həyatı, qumar borcları ilə daim müzakirə olunan müğənni Serdar Ortaç yeni açıqlaması ilə gündəmə gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, Malatyada konsert verəndə evlənmək üçün xanım axtardığını elan edib. Həyatına aldığı sarışın qadınlarla adı hallanan 52 yaşlı Serdar bu dəfə əsmər qadınla evlənmək istədiyini deyib:

"Anam həmişə deyərdi ki, əsmərlər çox gözəl olurlar. Sevgililərimin hamısı sarışın olub, keçmiş həyat yoldaşım da. Artıq əsmər bir xanımla evlənmək istəyirəm". 

Qeyd edək ki, o, Malatyada çıxış etdiyi səhnədə ona pislik edən qadınlara da xeyli qarğış edib. 

Xatırladaq ki, 2014-cü ildə irlandiyalı model Chloe Loughnanla evlənən Serdar Ortaç 2019-cu ildə boşanıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.