Şou-biznes

Məşhur serialların ssenaristləri hədələndilər

15 İyul 2022 15:52
0 Şərh     Baxış: 1 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çukur", "Sefirin Kızı", "Kurtlar Vadisi Pusu", "Uğursuzluq" serialların ssenaristləri Cüneyt Aysan və Ozan Aksunqur bıçaqla təhdid ediliblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ssenaristlərin keçmiş işçisi şirkətə gələrək onları ölümlə təhdid edib. Bundan sonra isə Cüneyt Aysan və Ozan  Aksunqur həmin işçidən polisə şikayət ediblər.

Onlar şikayətlərində işə götürdükləri adamı özünü yaxşı aparmadığı üçün çıxardıqlarını deyiblər. Ötən gün isə keçmiş işçilərinin şirkətə gələrək onlara bıçaq çəkdiyini və "məni işə götürəcəksiniz, yoxsa hamısını öldürəcəm" dediyini bildiriblər.

İddia ilə bağlı İstanbul polis idarəsində araşdırma başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.