Şou-biznes

Məşhur yazıçı cinsiyyətini dəyişən oğlundan yazdı - FOTO

13 İyul 2022 17:30
1 Şərh     Baxış: 1 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya şöhrətli əfqan əsilli yazıçı Xalid Hüseyninin oğlu cinsiyyətini dəyişib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  yazıçı bu barədə öz "Facebook" hesabında məlumat verib.

O, bildirib ki, övladı ilə fəxr edir:

"Bir ata kimi onunla heç vaxt bu qədər fəxr etməmişəm. İndi bir yox, iki gözəl qızım olduğu üçün xoşbəxtəm. Ən çox da Harrisin özünü dünya ilə bölüşmək cəsarətindən ilham alıram. O, mənə və ailəmizə mərdlik, həqiqət və əslində yaşamağın nə demək olduğu haqqında çox şey öyrətdi. Bilirəm ki, bu proses onun üçün ağrılı idi, acı və narahatlıqla dolu idi. Transların hər gün məruz qaldığı qəddarlığa qarşı ayıqdır. Amma o, güclü və qorxmazdır".

Qeyd edək ki, Amerikada yaşayıb fəaliyyət göstərən Xalid Hüseyni "Min möhtəşəm günəş", "Çərpələng uçuran" və s. kimi bestseller kitabların müəllifidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.