Şou-biznes

Oğlu İbrahim Tatlısəsin qəyyumluğunu tələb edir

30 İyun 2022 15:37
1 Şərh     Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni İbrahim Tatlısəsin qalmaqal yaşadığı oğlu Ahmet Tatlısəs atasının qəyyumluğunu almaq üçün məhkəməyə müraciət edib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, buna səbəb isə sənətçinin oğlu barədə "silahla vurulduğum gün şirkətin kassasındakı pullarımı götürmüşdü" deyə, açıqlama verməsi olub. 

A.Tatlısəsin vəkili məsələ barədə bunları bildirib:

"Ahmet Tatlısəs atası tərəfindən söylənən haqsız ittihamlar nəticəsində ailədən olmayan şəxslərin onu pis niyyətlə yönləndirdiyini, İ.Tatlısəsin isə vəziyyəti dərk edə bilmədiyini düşünür. Onun əldə etdiyi qazancları, maddi və mənəvi mənafeyini qorumaq məqsədiylə qəyyumluğunu tələb edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.