Şou-biznes

"Heç kimin ərini əlindən almamışam"

25 İyun 2022 17:22
0 Şərh     Baxış: 1 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktrisa Tuba Ünsal "BluTv"də yayımlanan "40" proqramına qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, boşanma ərəfəsində olan iş adamı Caner Karaloğluyla eşq yaşadığı üçün uzun müddət medianın gündəmində olan aktrisa "Yuva dağıdan qadın olmusan" sualından sonra göz yaşlarına hakim ola bilməyib:

"Heç vaxt. Çox da qorxuram. Nə desəm də boşdur, mənim içim rahatdır. Heç kimin evini dağıtmamışam, ərini əlindən almamışam. Belə olmasaydı, məhkəmə də cəza verərdi. Şikayət geri alınmazdı. Yalan desəydim, bu məsələdən tər-təmiz çıxardım. Məndən soruşanda tanıyıram dedim".

Qeyd edək ki, Canerin modelyer həyat yoldaşı Elisabeth Masla aktrisa məkanların birində qarşılaşıb, mübahisə yaşamışdı. Tərəflər biri-birindən şikayətçi olmuşdu. Ünsal hadisədən sonra münasibətini sonlandırmış, cütlük isə barışmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.