Şou-biznes

"Gündə bir-iki "buxanka" çörək yeyirəm"

17 İyun 2022 01:44
1 Şərh     Baxış: 1 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Gündə bir-iki "buxanka" çörək yeyirəm. Yazırlar 80 yaşındadır. Amma 1955-ci ildənəm və 67 yaşım var. yazanda düz yazın".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "Günün sədası" proqramında deyib. Müğənni sosial şəbəkədə yazı ilə bağlı yazanlara cavab verib. O bildirib ki, tənqid edənlər onun 80 yaşı olduğunu yazırlar. 

Fərqli formada güzgülər düzəldən R.Allahverdiyeva "Çox istedadım var. Oxumasam, vaxtım olsa, çox şey yaradaram. Son vaxtlar əsəbi, aqresivəm. Söz tez toxunur mənə. Yaşla əlaqədardır. Amma gərək insanın qəlbi düz, amalı yaxşılıq ola. Bizim də çatışmayan cəhətimiz var" sözlərini əlavə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.