Şou-biznes

Eldəniz Məmmədovdan etiraf: "Əmimi öldürüblər" - VİDEO

15 İyun 2022 18:30
0 Şərh     Baxış: 2 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Eldəniz Məmmədov olub.

Milli.Az xəbər verir ki, müğənni əmisinin öldürülməsindən danışıb:

"2008-ci ildə atamı itirdik. Bu hadisə bizə çox dərd oldu. Çox dürüst insan idi. Daha sonra professor olan əmim - Aydın Məmmədov rəhmətə getdi. Əmimin biri də bu yaxınlarda rəhmətə getdi. Atamla Rafael əmim bir-birilərini çox istəyirdilər, həm dost, həm də qardaş idilər. Atamın rəhmətə getməsi ona çox təsir edirdi. Əmim 5-6 ay olar ki, dünyasını dəyişdi. 2008-ci ildən ölənə kimi hər gün çıxıb balkonda ağlayıb gəlirdi. Elə çox istəyirdilər ki, bir-birilərini. Əmim çox imkanlı olub, hamımıza dəstək olub. 1969-cu ildə 40 yaşında da bir əmim rəhmətə gedib. O əmimi öldürüblər. O hadisəni hərə bir cür danışır. Necə olduğunu dəqiq bilən yoxdur. Eşidəndə uşaq idim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.