Şou-biznes

Bir il tamam olmamış boşanmağa qərar verdilər - FOTO

11 İyun 2022 09:37
0 Şərh     Baxış: 1 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son dövrdə ulduzu parlayan türkiyəli popçu Zeynep Bastik meneceri olan Tolqa Akışdan boşanır.

Üç il birlikdə yaşayan cütlük 7 iyul 2021-ci ildə Çeşmədə evlənmişdi.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cazibədar müğənni həyat yoldaşı ilə nikahı bitirmək barədə razılaşıb. O, birlikdə yaşadıqları Leventdəki evdən çıxıb və Ulusda mənzil kirayələyib.

Keçən ilin iyul ayında evlənən cütlük nikahlarının bir ilini tamamlamadıqları üçün qanuni olaraq mübahisəsiz boşanma ərizəsi təqdim edə bilmir.

Məşhur cütlüyün buna görə də iyul ayında məhkəməyə müraciət edəcəyi məlum olub.

Zeynep Bastik boşanma xəbərini iki milyon izləyicisai olan "Instagram" hesabından təsdiqləyib: "Biz bir-birimizin həyatından çıxmırıq, sadəcə forma dəyişirik".

Boşanma iddiasını təsdiqləyən Tolqa Akış evliliklərini davam etdirə bilmədiklərini, lakin aralarında heç bir problem olmadığını deyib:

"Bəli, iddia doğrudur. Bir müddət əvvəl boşanmaq qərarına gəldik, ancaq o, evdən yeni köçüb gedib. Aramızda heç bir küskünlük və ya inciklik yoxdur. Düşmənçilik heç yoxdur. Evlilik hər kəsin öhdəsindən gələ bilməyəcəyi şey ola bilər. Zeynep mənim həyatda ən yaxın dostumdur. Mən də onun ən yaxşı dostuyam. Birlikdə işləməyə davam edirik, hər gün görüşürük. Gələcəklə bağlı planlarımız da var. Tamamilə fərqli bir bağlılığımız var".

O, xəyanətlə bağlı iddiaları rədd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.