Şou-biznes

“Əla kinolar çəkdiz, qaldı parklanma yeri”

7 İyun 2022 17:07
Baxış: 1 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı İlqar Mikayıloğlu Bakının Nəsimi rayonunda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən qanunsuz parklanma yaradılmasını tənqid edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, mövzu ilə bağlı feysbukda status paylaşıb.

"Kinematoqrafçılar İttifaqı əla kinolar çəkdi, İkinci Qarabağ müharibəsində ordumuzu filmlərlə göylərə qaldırdı, Kann və Berlin festivalında mükafatlar qazandı, qalmışdı bircə maşınları üçün parklanma yeri. Cənab və xanım kinodüzəldənlər, ittifaqınıza parklanma yeri lazım deyil. Çünki nə işiniz işdi, nə də... Elə yaxşı oldu ki, Prezident reaksiya verdi, parklanma ləğv olundu. İndi qoy, qorxu içinizi yesin", - deyə Mikayıloğlu bildirib.

Qeyd edək ki, sözügedən parklanma ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.