ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aktrisa Xuraman Əlizadə olub.
Milli.Az xəbər verir ki, aktrisa "TikTok" qazancını açıqlayıb:
"3 aydır "TikTok" işlədirəm. Özümə ən bahalı telefonu aldım. Hardasa 2-3 aya 5-6 min arası qazandım. Kənan MM məndən çox qazanır. İzləyicilərimin əksəriyyəti Rusiyada olduqları üçün onlarla əlaqə kəsildi. Bu səbəbdən də indi yaxşı qazana bilmirəm".
Milli.Az