Şou-biznes

Sevgilisi ilə öpüşdüyü rəsmin tablosunu divara asan sənətçiyə sərt reaksiya: “Ədəb yoxdur” - FOTO

3 İyun 2022 13:37
2 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sevgilisi ilə öpüşdüyü rəsmin tablosunu divara asan Demet Şenerin fotoları birmənalı qarşılanmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, türkiyəli aktrisa və model Demet Şenerə yağlı boya üzərində çəkilən həmin rəsmi 14 fevralda sevgilisi Tolqa Arman hədiyyə edib.

Sosial şəbəkə hesabından aktiv istifadə edən Şener "Evim, evim, gözəl evim" şərhi ilə öpüşmə tablosunun qarşısında fotolarını paylaşıb. 

Həmin fotolar sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.

Paylaşımın altına "ədəb yoxdur, uşaqlarınızdan utanın" kimi şərhlər yazılıb.

Qeyd edək ki, Demet basketbolçu İbrahim Kutluay ilə 2019-cu ildə boşanıb. O, İbrahimdən olan iki övladı ilə birlikdə yaşayır.

Sözügedən fotoları təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.