Şou-biznes

Naibə Allahverdiyeva ikinci həyat yoldaşı ilə yenə ayrılıb?

30 May 2022 03:11
1 Şərh     Baxış: 3 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Naibə Allahverdiyeva ikinci həyat yoldaşı ilə yenidən ayrılması xəbərlərinə münasibət bildirib. 

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Elgizlə izlə" proqramında aparıcı Elgiz Əkbərin "Deyirlər, yenə ayrıldınız" sualına belə cavab verib:

"Yox, barışmışıq. İnsanları artıq olduqları kimi qəbul edirəm. Çox mübarizə apardım, sənət aləmində haqsızlıqlar gördüm. Gördüm, bu, məni xəstələndirir. Türkiyəyə müalicəyə getdim. Gördüm, həyatda hər şey yalandır. İnsan çalışıb özündən müğayiət olmalıdır. İnsan gərək heç vaxt yıxılmasın. Həyat yoldaşım Türkiyəyə gedəndə yanımda oldu".  

Qeyd edək ki, N.Allahverdiyeva ikinci həyat yoldaşından ayrıldığını açıqlamışdı. Onlar "Bizimləsən" proqramında barışıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.