Şou-biznes

Ulduz aktyor həmkarının arvadını ölümdən xilas edib

25 May 2022 14:30
1 Şərh     Baxış: 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Conni Deppin amerikalı müğənni Kortni Lavı ölümdən xilas etdiyi üzə çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, hadisə "Nirvana" rok qrupunun 27 yaşında intihar edən üzvü, həyat yoldaşı Kurt Kobeynin ölümündən sonra baş verib:

"1995-ci ildə Conni həyatımı xilas edib. Yüksək dozada narkotik maddə qəbul etdiyim üçün özümdən getmişdim. Conni mənə ürək masajı etdi və süni nəfəs verdi. Depp hər zaman mənə və qızıma çətin günlərimizdə dəstək olub".

Müğənni bununla hazırda keçmiş həyat yoldaşı Ember Herdlə məhkəməlik olan Conni Deppə dəstək olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.