Şou-biznes

"Ya sürgün həyatı sürəcəksən, ya məhkəməyə gələcəksən" - Flora Kərimovadan Afətə

23 May 2022 13:00
11 Şərh     Baxış: 2 093

"Bir insana ya vətəndaşlığına görə hörmət edərsən, ya şəxsiyyətinə, ya analığına, ya insanlığına, ya qadınlığına... Və bir insan ki, qərəzli məqsədi üçün hər şeyindən keçir, vay onun halına".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova deyib. Müğənni hazırda məhkəmə işi davam edən ifaçı Afət Fərmanqızına məktub ünvanlayıb. Məktubda bunlar qeyd edilib:

"Afət, sənə sonuncu dəfə sözümü 2019-cu ildə dedim! Bu daha bir son olsun! Bu zamana kimi mənim kimliyimin, düşüncəmin fərqində olmadan necə mənə savaş açırsan!? Necə məni özünlə eyni tərəziyə qoyursan?! Gülməli deyilmi?!

Başqasının ağlına arxalanıb ümidlərlə bəslənən Afət! 81 ildə sənin ağlına gəlməyən sınaqlardan, bacara bilməyəcəyin şərlərdən keçib, savaşlardan nəinki qalib, yaralanmadan çıxmışam. Sən indiyə kimi başa düşmədin ki, sənə ağıl verənlərin buynuzları mənim əlimlə qırılıb? Hansı təffəkürlə düşünə bilirsən ki, mən kiminsə kölgəsində gizlənə biləcək kiçiklikdəyəm? Kiminsə kölgəsi ola bilərəm?!

"Müxalifət Flora" deyib məqsədini "hesablayıb", hansı nəticəni gözləyirsən? Kimlərisə öz məntiqinə görə şantaj edəcəksən və mən haqlı olduğum yolumdan yayınacam?! Bir gün birinə eyham vurursan, sabah başqasına... Budur yeganə çıxış yolun?

Əzbərlədiyin "açıqlayacam", "mənə göndəriblər", "Əlimdə faktlarım var" boş-boş hədələdiyin əməllərdən nə vaxt keçəcəksən? Nə gözləyirsən, nədir səni saxlayan? Məni məhkəməyə "verirmişəm" deyib, indiyə kimi sənə cinayət işi açılan məhkəməyə gələ bilməyəcək qədər cəsarətsizsən.

"Ad çəkmirəm" deyib ağlına görə Ruhi Əliyevaya, Nazəninə atmadığın böhtan qalmadı. Bu hal hamilə qadının halından çox "dövrdən" kəsilən qadınları xatırladır. Məndən öncə kiminlə ədavətin olub, kimlər səni çeynəyib, kimlər səni əzib bunun mənə nə aidiyyatı var? Sən şükür elə sənə yazıqları gəlib atdığın şərlərə görə məhkəməyə vermirlər.

Bugünki gülünc "səs-küyün", TikTokda, instaqramda sifarişli paylaşımlar çarəsizliyinin və məğlubiyyətinin göstəricisidir. Bu xirdaçılığınla mənim adımdan hərif əskiləcək?

İki il... Düz iki il susdum ki, bəlkə gəvəzəliyinə son qoyasan. Səninki kin deyildi, səninki susmağımı özünə qalibiyyət bilib "zəfərinlə" öyünmək idi. 

Qadınlığına, oğluna yazığım gəldi ki, anasının düşməni mən olmayım. Hər kim olsan belə anasısan. Mən də oğul anasıyam. Bunu sən başa düşməyəcək qədər sadəlövhsən. Sənin özünün-özünə elədiyin pisliyi heç kim sənə etmədi. Adımdan özünə ad elədin, hörmətimdən özünə hörmət görə bildinmi? Yenə təkrar edirəm sənin nə ölündən əl çəkənəm, nə də ölüm səndən əl çəkər. Tanrı möhlət verərsə, hər kəlmənin haqq - hesabını çürüdəcəm. Gizlənməyin, qacmağın başqa sifəti var? Bir gün olmaramsa, mən bəziləri kimi sonsuz deyiləm. Oğlum var, qızım var, varislərim var... Onlar sənin şərlərini mənim üzərimdə saxlayan deyil. Sənin isə iki yolun var: ya Vətənə həsrət sürgün həyatı sürəcəksən, ya gəlib məhkəmədə mənim ünvanıma təhqir-böhtanlarına cavab verəcəksən".

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

11 Şərh:

  • Anonim
    ?? · 23 May 13:1698

    Axı siz niynirsiniz Afete baş qoşub.Ilhame Quliyevani həmişə hegemonluğunu görə qinayirdiniz, indi növbə sizindi? Siz öz böyüklüyünüzu göstərin.!

    Cavab yaz
    • Anonim
      Loa · 23 May 16:0552

      Flora xanım nə edir düz edir. afət kimilərə elədə lazımdır.

      Cavab yaz
  • Anonim
    Ebru · 23 May 13:17124

    Qaynanamın bir sözü var eyy ,deyir hara getsəndə,hara qaçsada,axır əvvəl suyu süzülmüş kimi,yanıma qayıdacaqsan;))İndi onun sözü olmasın,ay Flora xanım tülkünün dönüb dolaşdığı yer kürk dükanıdı))Afı harda gizdənsədə hara qaçsada,axırı yoxdu.Bəlkəm onun öhtəsinən siz gələsiz))..

    Cavab yaz
    • Anonim
      Loa · 23 May 16:0760

      afonun öhdəsindən elə Flora xanım gələcək. afət yaman iyrənc hərəkətləri ilə mədə bulandırır

      Cavab yaz
  • Anonim
    Dopu · 23 May 13:46128

    Çəkişmələrinizi bilmirəm maraqli da deyil.Amma sizə də ayib olsun Flora xanim yazmisiniz ki,mən bəziləri kimi sonsuz deyiləm.Ayibdiyee sonsuz olmaq günah deyil.Afət də sizin kimi sonludu,sözü yəqin İlhamə xanima vurursunuz.Geci tezi varda hər kəsin son yolu oradir.Sizin yaşiniza başiniza ayib olsun Sonsuz kəlməsini kullandiniz bəlkə məqalənizi oxuyub sonsuz olan insanlar var.Bəsdirineee ömrünüzü boş qalmaqallara sərf etdiniz.

    Cavab yaz
    • Anonim
      filoloq · 23 May 15:40113

      Kullandınız yox, istifadə etdiniz. Dilimiz mənəviyyatimizdir.

      Cavab yaz
    • Anonim
      Sana · 23 May 16:5703

      Utandım yerinizə. Belə hərəkətlərlə siz olan galan hörmətinizi də itirirsiz.

      Cavab yaz
    • Anonim
      Dopu-ya · 23 May 18:5421

      Yazdiginiz butun fikirlerle 100/100 raziyam. Bir sey elave etmeye ehtiyac duymadim, sanki ureyimi oxumusunuz!

      Cavab yaz
  • Anonim
    Sewa · 23 May 15:4072

    Men ümüd edirem ki, afetin Azerbaycandan nece cıxması araşdırılacaq. Eger dogrudan ölkeden cıxmama qerarı varsa. Ve ya niye bele qerar alınmayıb, eger birini mehkemeye veresense o gelmeyib sonra serhedden cıxarsa bu mesele hansı müstevide hell olmalıdır ve ya hüquqi ardıcıllıq nece olmalı idi?

    Cavab yaz
  • Anonim
    Hakk · 23 May 21:3711

    Flora xanim siz böyük senetgarsiniz.Sizden üzr istemelidir.Bütün müqennilər 1olmalidir. Bu qaracinin aqzi baqlanmaıidir.

    Cavab yaz
  • Anonim
    Fidan · 24 May 00:2400

    Flora xanım, size ayıb olsun. Menim de övladım olmur. Sizin bu yazını oxudum ve size nifret etdim.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics