Şou-biznes

Tənhalıq sevən 10 məşhur qadın - FOTO

23 May 2022 01:22
0 Şərh     Baxış: 1 611

Nə qədər tək qalmağı xoşlasanız da, insanlar şüurlu təklik seçiminizə qərəzlə yanaşa bilərlər. Qadınların həyat yoldaşı olmadan  tam olmadığı fikrinə son qoymağa çalışan məşhur simalar, aktiv şəkildə münasibət axtarışı etməmək qərarlarını açıqlayıb.

Yalnızlığı qəbul etmiş və müdrikliyini dünya ilə bölüşməkdən çəkinməyən 10 məşhur qadınla tanış olun!

Milli.Az xəbər verir ki, olay-ın hazırladığı siyahıda birinci Selana Qomezdir.

Müğənni kimliyi ilə yanaşı, öz brendi olan Selena 2020-ci ildə verdiyi müsahibədə "Həyatda öyrənmək istədiyiniz başqa bir şey varmı?" sualına belə cavablandırıb:

"Mən getdikcə özümlə daha rahat oluram. Bu fikrə gəlmək üçün illərlə çalışdım. Təkəm və yaşlandıqca bu hiss getdikcə azalır. Demək olar ki, beş ilə yaxındır ki, subayam. Bunun mənim üçün çox vacib olduğunu düşünürəm".

İkincisi, Halle Berri.

Halle son müsahibəsində 2016-cı ildə fransız aktyor Olivier Martinez ilə evliliklərini bitirdikdən sonra çox daha xoşbəxt olduğunu və yeni münasibət əvəzinə uşaqlarında təsəlli tapdığını açıqlayıb.

"Övladlarımla vaxt keçirməklə çox şey öyrəndim. Deyə bilərəm ki, üç ildir təkəm. Mən çox münasibət yönümlü insanam, həmişə kiminləsə olmaq istəyirəm. Amma qərara gəldim ki, indi təkbaşına qalacağam". O başqa bir müsahibəsində isə bu maraqlı fikri səsləndirib: "Mənim üçün kişi tortdakı albalıdır. Amma mən piroqam və o albalı olmasa da, gözəldir!".

 Tracee Ellis Ross !

49 yaşındakı aktrisa, verdiyi müsahibələrdə özəl həyatı ilə bağlı sualların çoxuna  xoşbəxtlikdən subay olduğunu deyir. Pandemiya dövründə özünə sevgi tapdığını vurğulayan Ellis, dostluğundan çox həzz aldığını və özü ilə bütünlükdə bir təcrübə yaşamaqdan məmnun olduğunu söyləyib. "Mən xoşbəxtəm ki, subayam, əlbəttə ki, bu, münasibətə açıq deyiləm mənasına gəlmir. Ancaq subaylıq təcrübələrim göstərdi ki, mənim təkliklə məhsuldar münasibətim var və özümlə olmaqdan həqiqətən də həzz alıram", - deyə sənətçi vurğulayıb.

Emma Watson!

"Harry Potter" seriyasının uğurlu siması Emma Watson, cəmiyyətin qadınlara yaşla müəyyən mərhələlərə çatmaq üçün qoyduğu təzyiqin onu stresli və narahat bir insana çevirdiyini açıqlayıb.

"Ev tikməmisiniz, yoldaşınız, körpəniz yoxdur və 30 yaşınız tamam olur. Əgər karyeranızda inanılmaz dərəcədə təhlükəsiz və sabit bir yerdə deyilsinizsə, sizin üçün inarahatlıq var", - Emma bildirib. "Harri Potter"dakı tərəf müqabili  Tom Feltonla görüşdüyünə dair israrlı söz-söhbətləri qəbul etməyən aktrisa, özü ilə bağlı deyilənlərə, xoşbəxtlikdən tək olduğunu söyləyib. "Uzun zaman keçdi, amma subay olduğum üçün xoşbəxtəm. Mən bunu öz-özünə tərəfdaşlıq adlandırıram", - deyə aktrisa vurğulayıb.

Fran Dreşer!

1999-cu ildə 21 illik həyat yoldaşından boşanan və Hollivudda bəlkə də ən çox danışılan ayrılıqlardan birini yaşayan Fran Dreşer sevgini özlüyündə tapdığını etiraf edib. "Düşünürəm ki, asılı olmamaq, təkbaşına olmaqdan və ya özüm üçün bir şey etməkdən qorxmamaq üçün şüurlu şəkildə çalışmalıyam. Fikrimcə, keçdiyim boşanma prosesi aşmalı olduğum böyük bir maneə idi. Özümlə əlaqə qurmaq gözəl səyahətdir. Özümlə münasibətdə olduğum üçün artıq başqasıa ehtiyac duymuram və hər şey yaxşı gedir".

January Cons!

January  Cons hesab edir ki, partnyoru onları zamanla ondan uzaqlaşdırmaqdansa, xoşbəxtliyinə töhfə verməlidir: "Mən yoldaş istəyirəm? Ola bilər. Özümü bədbəxt və ya tək hiss etmirəm. Partnyorum elə gözəl insan olmalıdır ki, xoşbəxtliklə həyatımda ona yer verim. Haqqında danışdığım insan xoşbəxtliyimə töhfə verəcək, onu əlindən almayan biri olmalıdır". Diane Keaton, demək olar ki, heç vaxt münasibətlərinin statusunu müəyyən etməyə imkan verməyən insanlardan biridir: "Gəncliyimdə ölənə qədər birlikdə yaşayacağım insanı tapacağıma inanırdım. Bu mifə gülünc şəkildə inandığımı xatırlayıram".

Mindly Kaling

Hollivudun ən uğurlu karyeralarından birinə sahib olan Mindly Kaling, ötən illərdə münasibət axtardığını, lakin indi tək və xoşbəxt olduğunu söyləyib: "20 yaşlarımda mən yalnız uşaqlara deyil, münasibətlərə və evliliyə dəli idim. İndi isə demək olar ki, əksinədir, mənim işim çox faydalıdır və mən bu mövzuda çox eqoistəm. Sevinirəm ki, evə gedib kiminsə gününü soruşmaq məcburiyyətində deyiləm". Hazırda Joe Alwyn ilə xoşbəxt münasibətdə olan Taylor Swift, münasibətdə olmamağı tənhalıqla müqayisə etmədiyini paylaşdı. "Mən təkliyi yüksəldən şeylər etməyi xoşlayıram. Ətirli şam götürürəm, işıqları söndürürəm və yavaş ritmli mahnılardan ibarət pleylist düzəldirəm. Cümə gecəsi tək qalanda və bunu təkbaşına əylənmək fürsəti kimi görsən, xoşbəxt olmayacaqsan!".

 Cennifer Eniston!

Ailənin və dostların yeni münasibət tapmaq üçün təzyiqi sizə ağır gələ bilər. Lakin Cennifer Aniston üçün 2005-ci ildə Bred Pittdən ayrıldıqdan sonra bu təzyiq demək olar ki, dünyanın hər yerindən gəldi. 2016-cı ildə verdiyi müsahibədə karyerasının böyük bir hissəsində onu təqib edən paparassi üzvlərini hədəfə alıb və özü ilə xoşbəxt olduğunu açıqlayıb: "Qadınlar bilirlər ki,  uşaq sahibi olmaq üçün bir kişi ilə kifayətlənmək məcburiyyətində deyillər və zaman keçdikcə bunu daha çox başa düşürlər. Zaman dəyişdi və biz əbədi olaraq xoşbəxt olacağımıza özümüz qərar veririk".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics