"Millət konsert hayında deyil, müğənni toya getməlidir" - Flora Kərimova
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İstəyirəm musiqimi, klassiklərimizi qoruyum. Bu tariximizdir. Tələb etdim ki, "ts", "ç" deməyin. Bu tələb də yox xahiş idi ki, müğənnilər, oxuyanda gözünüzü yummayın. Onlar hissiyyatınızın ifadəsini verir. "Ey vətən" oxuyur, göz yumulur, o məhəbbəti görə bilmirəm".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözlri Xalq artisti Flora Kərimova "3D" prqramında qonaq olarkən deyib. Sənətçi aparıcı Dadaş Dadaşlinskinin sənətin müğənnilər tərəfindən toya qurban verilib-verilməsi ilə bağlı sualını isə belə cavablayıb:
"Yox. Bəs müğənnilər necə dolansınlar? Bir balaca ölkəmiz var. Konsertlə mümkün deyil. Millət konsert hayında deyil. Müğənni haradan pul qazanmalıdır? Toya getməlidir. Hansı konsert? Elə pul aparır ki, adamın uşağı çörəksiz qalır. Zala ver, onları da qınamıram, yazılıb, heç kim heç kimə zalı bağışlamayacaq. Əgər xaricdəki kimi müğənnilərimiz yaşamaq istəyirlərsə, onda durumları müqayisə etsinlər. Axı bunlar müqayisəyə gələn hal deyil".
F.Kərimova illər əvvəl deputatlığa namizədlik verməsi haqqında isə bu sözləri deyib:
"Əlimdən aldılar, Avropa məhkəməsinə verdim, beş il deputat maaşı aldım. Vay olacaqdı o parlementin hallına ki, bu zəhər dilimlə, heçnəyi udmaq həvəsim olmayan halda Flora xanım orada danışacaqdı. Hazırda parlamentin fəaliyyətini izləmirəm. Mənə nəticəsi maraqlıdır. Ürəyimcə çıxış edən millət vəkili var. Olmasa, bədbəxt millət olardıq. Vuruşan, savaşan, sözünü sonadək deyən, axıra qədər gedən. Onların sözü axır-əvvəl yerini tutur.
Yaşadığım ərazinin millət vəkilinin kim olduğunu bilmirəm, işim düşməyib, ümumiyyətlə heç vaxt heç kimə xahişlə getməmişəm. 81 yaşımda bir qapını xahişlə döyməmişəm. Kimsəyə "mənim arxamda durun", "məndən danışın" deməmişəm. Yadımdadır, uzun müddət mənə ad verilməsi haqqında deyilirdi, hətta bunu Milli məclisdə sələndirdilər. Ömrümdə gözləməmişəm, zəng etməmişəm. Otursun televiziya qarşısında desin ki, "dünən gəlmişdi, mənə xahiş edir, yalvarırdı". Bunu özümə haram bilərəm. Həm də əldə etdiyim uğurdan ləzzət ala bilmərəm. Onun nəticəsini sevinərək yaşaya bilmərəm. Həyata baxışım ayrı cürdür".
Milli/Az
DİGƏR XƏBƏRLƏR
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Məşhur aktyorun idarə etdiyi təyyarə yerə çırpıldı - Özü də, tələbəsi də öldü - (Foto)
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
XƏBƏR LENTİ
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas az qala 2900 manata satılıb - (Foto)
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər - Elçin Əmirbəyov
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Məşhur aktyorun idarə etdiyi təyyarə yerə çırpıldı - Özü də, tələbəsi də öldü - (Foto)
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto)
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Elvin Dəmirli yeni vəzifəyə təyin olundu
-
Əminə Rəhimova vəfat etdi
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq





