Şou-biznes

Övladı tələf olan azərbaycanlı məşhur müğənni ABORT etdiribmiş - ŞOK AÇIQLAMA

13 May 2022 14:10
1 Şərh     Baxış: 4 100

"Elə bir günah etmişəm ki, düşünürəm ki, yaşadığım bütün bədbəxtliklər o günahıma görədir. Deyə bilərəm nədir o".

Milli.Az xəbər verir ki, bunu Mətanət Əsədova "1 dəqiqə" verilişində ailəli olarkən övladının tələf olması ilə bağlı bəzi detalları açıqladığı zaman deyib.

Xanım sənətçi övladını dünyaya gəlməkdən məhrum etdiyi üçün Allah tərəfindən cəzalandırıldığını etiraf edib:

"Allahın vaxtında verdiyi Məhəmməd hümmətinə qarşı çıxdım. Allahın verdiyi o övladı istəmədim, nə bilim. İndi çox peşmanam. İndi də gec deyil. Sadəcə, mənim güvənim yoxdur. Bu güvənsizliyim axırda mənim tək qalmağıma da səbəb olsa, mən artıq dəyişə bilmərəm, olsun, tək qalım. Bir söz deyim ki, mən özüm-özümü aldadıb, camaata, xalqa xoş olsun deyə "efirdəyəm, məni belə sevəcəklər, birdən məni kimsə saymaz, kimsə yaxşı baxmaz", - bu mənə lazım deyil e. Mən içim-içimi yeyincə, mən özüm-özümü həyatda aldada bilmərəm. Nə də ona imkan vermərəm, gözüm baxa-baxa kimsə məni aldatsın. Niyə mən bilə-bilə özümü uçuruma atım?! 

Belə məsləhət imiş ki, demək, o övladdan imtina etdim. Hamının həyatında enişli-yoxuşlu yollar olur və ağ, qarası olur. O bir qismət idi, alın yazısı idi. Alınmadı, deməli Allahtəala onu hələ mənə rəva bilmir. Mən istər həyatda, istər sevgidə, istər digər atdığım addımlarda ağlımla fikirləşmədim, ürəyimlə yanaşdım. Bu da mənim axırıma çıxdı". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics