Şou-biznes

Tanınmış aparıcı Şuşada: "Hər dəfə bir başqa cür dəyişir"

4 May 2022 15:36
0 Şərh     Baxış: 1 569
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Leyla Quliyeva Ramazan bayramı günlərində Şuşaya yollanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı gəzintidən fotolarını sosial şəbəkə hesabında paylaşıb.

"Hər dəfəsində bir başqa cür dəyişir Şuşa. Abadlaşır, sağalır elə bil... Şəhidlərimizin ruhu şad olsun! Qazilərimiz şəfa tapsın! Şuşanın hər yerində təmir-bərpa işləri aparılır. Şuşa təmizlənir, arınır, yenilənir. Uzun sürən xəstəlikdən sonra dirçələn insan misalı, yanaqları qızarır elə bil. Uğrunda şəhid olan oğulların hər biri tumurcuqlanan ağaclarda, açan çiçəklərdə canlanır elə bil. Elə o oğullar kimi məğrur dayanıb. Bütün dünyaya meydan oxuyan qaladır çünki" deyə, L.Quliyeva paylaşımında qeyd edib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.