Şou-biznes

Məşhur şounun aqibəti bəlli oldu

29 Aprel 2022 17:06
0 Şərh     Baxış: 1 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Birinci kanalı "Сегодня вечером" verilişinin aparıcısı, şoumen Maksim Qalkinlə bağlı qərarını verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Maksim proqramın aparıcısı vəzifəsindən kənarlaşdırılıb.

Veriliş uzun fasilədən sonra mayda efirə veriləcək. Maksimin yerinə isə göstərilən namizədlər arasında Aleksandr Oleşko, Nonna Qrişaeva, Dmitri Borisov, Vyaçeslav Manuçarov kimi adlar var.

Proqramın iki və ya daha çox aparıcı ilə təqdim edilməsi istisna edilmir.

Xatırladaq ki, Maksimin sözügedən kanalda daha bir layihəsi - "Лучше всех" adlı uşaq şousu da var.

Qeyd edək ki, şoumen hazırda həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova və övladları ilə İsraildə yaşayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.