Şou-biznes

Kirkorov və Polinaya qadağa

27 Aprel 2022 17:48
0 Şərh     Baxış: 1 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Estoniya hökuməti Ukraynadakı xüsusi əməliyyata dəstək verən rus sənətçilərinə beş il müddətinə ölkəyə giriş qadağası tətbiq edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qadağa bu il Tallində konsertlərlə çıxış etməli olan Filip Kirkorov və Polina Qaqarinaya aid olunub.

"Filip Kirkorovun 2022-ci il aprelin 22-dən 2027-ci ilin aprelinə qədər Estoniyaya girişi qadağan edilib. Kirkorovun konserti mayın 27-də Tallinndə keçirilməli idi. Sentyabrın 23-də konserti planlaşdırılan müğənni Polina Qaqarinanın da ölkəyə girişinə 5 il qadağa qoyulub. Bu sənətçilər Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyiblər",- deyə qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.