Şou-biznes

"Evdən çıxmaq üçün özümdə güc tapa bilmirəm" - Tanınmış model

25 Aprel 2022 13:30
0 Şərh     Baxış: 2 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük bədən ölçüsü ilə tanınan model Tess Holiday instaqramda yeni fotolarını paylaşaraq son vaxtlar çəkisi ilə bağlı problemlərinin artdığını yazıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, model çəkisi ilə əvvəlki qədər xoşbəxt ola bilmədiyini etiraf edib:

"Düzünü desəm, indiki kimi öz bədənimi qəbul etməkdə heç vaxt belə çətinlik çəkməmişəm. Bu, məni yorur. Məni hər zaman şən görürsünüz, amma bəzən evdən çıxmaq üçün özümdə güc və enerji tapmaq çətin olur.

Son vaxtlara qədər həmişə şəkil çəkdirmək istəyən qız olmuşam. Amma uzun müddətdən sonra ilk dəfədir ki, baxanda özümə qarşı mehriban ola bilərəm. Hələ də üzərində işləyirəm".

Qeyd edək ki, keçən il modelə qidalanma nizamsızlığı diaqnozu qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.