Şou-biznes

“Adamın ürəyi bulanır” - Toliklə Nanə arasında qalmaqal

22 Aprel 2022 18:36
10 Şərh     Baxış: 2 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı-prodüser Tarix Əliyev Azad Azərbaycan televiziyası ilə bağlı tənqidi status paylaşıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, müğənnilərin gündüz efirində ağlamasını qınayıb:

"Səhər-səhər ATV-yə baxanda bəzi müğənnilərə yazığım gəlir. Nə məcburdur ki, sizi ağlatsınlar? Qürurunuz yoxdurmu? Deyə bilmirsiz ki, ay aparıcı, bir gün sən də ağla da! Ağlaya bilirsənsə... Qəlbinə sünilik elə girib, adamın ürəyi bulanır", - deyə Tolik bildirib. 

Qeyd edək ki, hər gün səhər saatlarında sözügedən kanalda Nanə Ağamalıyevanın "Günün sədası" proqramı yayımlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.