Şou-biznes

"Tik tokdan günə 3 min dollar qazanıram" - Pərvin Abıyeva - VİDEO

21 Aprel 2022 09:36
5 Şərh     Baxış: 6 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Pərvin Abıyeva tiktokdan qazandığı məbləği açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa "Tarixin bir günü" verilişində danışıb. Pərvin tiktoka gəldiyi ilk ayda 36 min dollar qazandığını bildirib:

"İndi deyirlər ki, bütün gününü tiktokda keçirirsən. Bir də görürsən heç girmirəm, qazanmıram. Amma olur ki, günə 3 min dollar pul gəlir. Tiktoka ilk gəldiyim ay 35-36 min dollar qazanmışam. O pulu özümə xərcləmədim. Qazanmağı sevən adamam. Əvvəl tiktokda qazanmaq olmurdu və ona görə də istifadə etmirdim. İndi isə oyunlara görə girirəm. Çünki nə yolla olursa-olsun pul qazanmağı sevən insanam. Kişi kimi bir varlığam, daşdan pul çıxarmağı bacarıram. Harada pul görürəmsə, ora qaçıram. Pulu yox, qazanmağı sevdiyimə görədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.