Şou-biznes

Bu da son: “Buz dövrü”nün dələsi 20 il sonra arzusuna çatdı - VİDEO

16 Aprel 2022 16:22
0 Şərh     Baxış: 1 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Disney"in ötən il pandemiya səbəbilə fəaliyyətini dayandırdığı "Blue Sky Studios"un rəssamları "Buz dövrü"nün ("Ice Age") "Skrat" adlı dələsinin 20 il arxasınca düşdüyü palıd qozasını nəhayət yediyi ilə bağlı video yayımlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, "Son" ("The End") adlı video "Blue Sky Studios" əməkdaşları tərəfindən studiya bağlanmazdan əvvəl "öz şərtləri ilə vida olaraq" hazırlanıb.

"Blue Sky Studios" koronavirus pandemiyası zamanı maliyyə çətinlikləri səbəbindən bağlanıb. ABŞ-ın animasiya studiyası "Buz dövrü" ilə yanaşı, "Rio", "Titan A.E." və "Robotlar" kimi cizgi seriyaları ilə tanınır. Studiyanın ən son layihəsi isə "Ice Age: Scrat Tales" qısametrajlı filmi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.