Şou-biznes

"Efirə çıxmaq böyük məbləğ tələb edir"

12 Aprel 2022 20:42
2 Şərh     Baxış: 1 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Lətifə Soyuöz həmkarlarının verilişə çıxmaq üçün telekanal rəhbərlərindən qonorar istəməsinə münasibət bildirib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Əməkdar artist Nigar Şabanovanın "Bu gün kanallardan pul istəyəcək dərəcədə yüksək veriliş yoxdur. Böyük orkestrla gələrəm, 2 saat konsert nümayiş etdirəcəm, danışmayacam, fasiləsiz oxuyacam və sənət göstərəcəm, onda da pul istəyərəm" sözlərini dəstəkləyib:

"Bizdə o dərəcədə hər şey inkişaf etməyib ki, bir-birimizdən nəsə tələb edək. Başa düşürəm, efirə çıxmaq üçün saç, makiyaj, geyim böyük məbləğ tələb edir. Bir, iki, üç gün efirdəsən. Yaxşı görünməlisən, başqa ixtiyarın yoxdur. Bu da pul tələb edir. Bəzən müğənnilər efirə çıxmağa da məsuliyyətsiz yanaşırlar". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.