Şou-biznes

"Toppuş bacı"nın vəziyyəti yenidən PİSLƏŞDİ: Qara ciyərimə, sümüyə yayıldı...

12 Aprel 2022 12:54
1 Şərh     Baxış: 1 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Tünzalə Əliyevanın səhhəti yenidən pisləşib.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a "Toppuş bacı"nın özü açıqlamayıb. Aktrisa bildirib ki, vəziyyəti yaxşı deyil: 

"Əvvəl sümüyümdə və ağ ciyərimdə idi. Belimdə 3 şiş var idi, MRT-dən sonra onun ikisi getdi, biri qaldı. İndi qara ciyərimə keçib. Qan analizi vermişik. Onun cavabı 1 həftəyə çıxacaq. Analizin cavabına uyğun həkimlər müalicə edəcək. Bu xəstəlik məndən əl çəkmir. Allahdan ümid kəsilməz. Həkimlər daim nəzarət edirlər. Buna görə də başda Milli Onkologiya Mərkəzində Əliyev Cəmil cənablarına və bütün heyətinə təşəkkür edirəm. Bütün müalicələrimi pulsuz həyata keçirirlər". 

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.