Şou-biznes

“Təkcə öz həyatını düzgün quran Çingizdir”

12 Aprel 2022 16:06
0 Şərh     Baxış: 1 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ancaq bizdə və seriallarda belə hadisələri görmək olur. Deməli, yığışıb deyib, gülmək əvəzinə başqasının pulunu, yatağını, görünüşünü müzakirə, qeybət etmək və böhtan atmaq, plan qurub kiminsə arasın vurmaq, intriqa yaratmaq, hardansa burmaq, oyun qurmaq və sair. Edənlərin çoxu da tanınmış, üzdə olan hətta uğurlu insanlardır". 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri feysbuk sosial şəbəkəsində yazıb. O, şou-biznes üzvləri barədə post paylaşaraq əksəriyyətinin paxıl olduğunu bildirib:

"Bir çürümüş meyvəni saf meyvələrin arasında saxlayanda hamısı çürüməyə başlayır. Cəmiyyətimiz də hazırda bu vəziyyətdədir. 

Çoxunu kompleksləri boğur, qalanlarını paxıllıq. Çox az adam var ki, adekvat və saf düşüncəlidir. Şou-biznesdə isə deyə bilərəm ki, yeganə öz həyatını, sənətini düzgün quran insan Çingiz Mustafayevdir. İnsan öz işiylə, azad ruhu və beyniylə çox rahat yaşayır. Onun rahatlığından hər birimizə arzu edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.