Şou-biznes

Çingiz Əhmədov əməliyyat olunacaq

9 Aprel 2022 17:36
0 Şərh     Baxış: 2 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist, Akademik Musiqili Teatrın aparıcı aktyoru Çingiz Əhmədov əməliyyata hazırlaşır.

Milli.Az xəbər verir ki, o, bu haqda özəl olaraq moderator.az-a danışıb.

"12-13 ildir ki, göbəyimin üstündə yırtıq (qrija) əmələ gəlib. Xırda idi, amma böyüdüyü üçün gecələr nəfəs almaqda çətinlik çəkirdim. Bir az mənə problemlər yaşadırdı.

Bilirsiniz ki, həftə içi 3 gün Lalə Azərtaşın "Təsir dairəsi" verilişində ekspert kimi qonaq oluram. Orda savadlı həkimlər çoxdur. Məni "Real Hospital"ın tanınmış həkimi Azər Hümbətov əməliyyat edəcək. Əslində çox həkim var idi, deyirdi ki, gəlin sizi əməliyyat edək, heç yana getmədim, özümü Azər həkimə həvalə etdim. Uzun müddətdir izləyirəm ki, onun yanına gedən pasiyentlər tez bir zamanda şəfa tapırlar. 15 gündür ki, onlar məni müayinə edirlər. Şənbə və bazar günü teatrda tamaşam var, həm də bazar günü "Nikolayın evi" serialının çəkilişi olduğuna görə əməliyyatı bazar ertəsinə təyin etdik. 2 gün xəstəxanada yatmalıyam. Sağlıq olsun, yenidən tamaşaçılarımla görüşmək ümidi ilə onlardan ayrılıram" deyə əməkdar artist bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.