Tanınmış aktyor Oktay Kaynarca 2003-cü ildə yayımlanan və Türkiyə televiziyasının tarixinə damğasını vuran "Kurtlar Vadisi" serialındakı əfsanəvi Süleyman Çakır obrazının ölümünün 18-ci ilində xatirəsini yad edib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Oktay Kaynarca bu barədə instaqram hesabında paylaşım edib:
"Süleyman Çakırın vəfatının 18-ci ildönümündə onu unutmayan, unutdurmayan sevənlərinə başsağlığı verirəm".
Qeyd edək ki, hər il aprelin 8-də pərəstişkarları Süleyman Çakırı öz paylaşımları ilə yad edirlər.
Milli.Az