Şou-biznes

Türk əri ilə FOTOsunu paylaşan Pərvin: "İstədiyin kimi yaşa.." - FOTO

5 Aprel 2022 19:30
0 Şərh     Baxış: 1 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı model Pərvin Həsənzadə yeni paylaşımı ilə diqqət çəkib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, o, instaqram hesabında memar həyat yoldaşı Cihad Önərlə yeni fotosunu paylaşıb. Pərvinin bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb. Model əri ilə olan şəklinə bunları da yazıb:

"Həyatı istədiyin kimi yaşamalısan. Başqaları nə istəyir deyə deyil. O zaman inkişaf və xoşbəxtlik sənin yanında olacaq".

Modelin həyat yoldaşı ilə olan paylaşımına çoxsaylı bəyənmə gəlib, xeyli şərh yazılıb.

Qeyd edək ki, uzun illərdir Türkiyədə fəaliyyət göstərən Pərvin ötən ilin sonlarında evlənib. Onun təmtəraqlı nikah mərasimi Sait Halim Paşa yalısında baş tutub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.