Şou-biznes

Ukrayna üçün konsertdən 27 milyon topladılar - FOTO

1 Aprel 2022 12:24
0 Şərh     Baxış: 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyanın Birmingem şəhərində Ukraynaya dəstək üçün xeyriyyə konserti keçirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ed Şiranın, Kamilə Kabelonun və digər dünya ulduzlarının iştirakı ilə reallaşan konsertdə ukraynalı qaçqınlar üçün 16 milyon dollar (təxminən 27 milyon 200 min manat) toplanıb. Əldə olunan vəsait təkcə satılan biletlərdən yox, həmçinin televiziya tamaşaçılarının ianələri nəticəsində yığılıb.

Gecədə ukraynalı müğənni Camala "1944" mahnısını oxuyub. Sonda isə dünyanın ən yaxşı gənc skripkaçılarından hesab olunan ukraynalı İlya Bondarenko videozəng vasitəsi ilə konsertə qoşularaq sığınacaqdan öz ifasını təqdim edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.