Şou-biznes

Xalq artisti Əməkdar artistlə barışıb

30 Mart 2022 18:36
0 Şərh     Baxış: 1 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Aygün Bayramova ilə Əməkdar artist Gülüstan Əliyeva barışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Deməsəm olmaz" proqramında deyilib. Bildirilib ki, barışıq Novruz bayramı ərəfəsində baş verib. 

Xanəndələri Xalq artisti Nəzakət Teymurova barışdırıb. Hadisə Azərbaycan Milli Konservatoriyasında olub. N.Teymurovanın barışıq istəyinə həmkarları müsbət reaksiya verib. 

Qeyd edək ki, A.Bayramova və G.Əliyeva uzun illərdir küsülüdür. Onlar arasındakı incikliyin səbəbi bilinməsə də, küsülülükləri "Zaurla Günaydın" proqramında ortaya çıxmışdı. Proqramda qonaq olan sənətçilər içəri girəndə görüşməyib, bir-birinin ünvanına atmacalı sözlər atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.