Şou-biznes

Ukraynalı qaçqınlara yardım etmək üçün Rusiyadan getdi

23 Mart 2022 03:03
0 Şərh     Baxış: 2 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun müddətdir Rusiyada yaşayan və karyerasını orada quran ukraynalı müğənni Vera Brejneva ölkəni tərk edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Rusiyanın Ukraynaya hücumundan sonra ifaçı orada qalmaq istəmədiyini bildirib.

Vera izləyicilərinə hazırda harada olduğunu açıqlayıb. O bildirib ki, Polşadadır. İfaçı Ukraynadan gələn qaçqınlara yardım edir. İfaçı hətta humanitar yardım verilən məkandan görüntülər bölüşüb.

Brejneva əlavə edib ki, onunla birlikdə orada qızı da yardım edir.

Qeyd edək ki, Veranın böyük qızı Sonya neçə ildir ABŞ-da yaşayır. O, balaca qıı Saranı özü ilə aparıb. İfaçı açıqlamalarından birində özünün təhlükəsiz yerdə olduğunu, amma həyat yoldaşı və ailəsinin Kiyevdə müharibə içində qaldığını açıqlamışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.