Şou-biznes

Leyla: Kiməsə sevginizi bildirmək istəyirsinizsə...

22 Mart 2022 15:42
3 Şərh     Baxış: 1 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ən sevdiyim bayramdır Novruz. Hər şey bir kənara, amma bayramın məğzi gözəldir. Ənənəsi var, tarixi var. Fəlsəfəsi var! Yoxsa ki, 8 Mart, ya da 14 fevral. Subyektiv də olsa, deyəcəyəm, ilboyu zorakılığa məruz qalan qadının yalnız bir gün bütləşdirilməsi gülüncdür. 

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva instaqramda yazıb.

Qadınların zorakılığa məruz qalmasından narahatlığını dilə gətirən aparıcı sözlərinə belə davam edib:

"Ya da ki, əziz xanımına (anasına, bacısına, qızına) hədiyyə almaq istəyən adam təqvim güdməz. "Sevgililər günü" - lap beşbetər. Adını biznes, marketinq, nə istəyirsiniz qoyaq, amma bayram deməyək. Kiməsə sevginizi bildirmək istəyirsinizsə, elə indi, gecikmədən edin. Hədiyyə almaq istəyirsinizsə, alın! Tarix, təqvim, məcburiyyət olmadan! Təki könlünüz xoş olsun! Sizin də, əzizlərinizin də!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.