Şou-biznes

Toya görə layihədən ayrıldı

20 Mart 2022 15:56
0 Şərh     Baxış: 1 019
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Serkan Çayoğlu ilə aktrisa Özge Gürelin evlilik hazırlıqları davam edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hazırda "Kıbrıs zafere doğru" serialında baş rollardan birini canlandıran Serkana eyni zamanda film təklifi gəlib. Lakin aktyor toy hazırlıqları ilə bağlı işlərə mane törətdiyi üçün bu təklifdən imtina etməli olub.

Belə ki, aktyor Aytaç Şaşmazın da yer alacağı yeni layihənin çəkilişlərinə qatılan Serkay ekran işindən ayrılıb. O, 6 ay davam etməli olan çəkilişlərin ona uyğun olmadığını bildirib.

Qeyd edək ki, 7 ildir eşq yaşayan cütlük "Kiraz Mevsimi" serialında tanış olub. Özge Serkanın evlilik təklifinə "hə" cavabı verib. Bundan sonra Serkan sevgilisinin barmağına 370 min lirəlik üzük taxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.