Şou-biznes

Jerar Depardye İstanbulda balıqçı gəmisində yaşayacaq - FOTO

18 Mart 2022 15:30
0 Şərh     Baxış: 1 359
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyaca məşhur fransız kinoaktyoru Jerar Depardye artıq yaxtaya çevrilmiş balıqçı gəmisində yaşayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2013-cü ildə zənginlərdən daha çox vergi alınması ilə bağlı qanuna cavab olaraq Rusiya vətəndaşlığını qəbul edən 73 yaşlı aktyor bildirib ki, indi ölkəsində daha az yaşamaq, İstanbul və Dubayda vaxt keçirmək istəyir.

İki böyük balıqçı gəmisi aldığını bildirən məşhur ulduz deyib ki, "Biri Dubaydadır, İstanbulda ton balığı ovu üçün istifadə edilən gəmimi mənzilə çevirdim" deyib.

Film çəkmək üçün Fransaya gedəcəyini, lakin doğulduğu ölkədə yaşamaq istəmədiyini bildirən Depardye Parisdəki üzüm bağlarını və evini də satışa çıxardığını bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.