Milli.Az xəbər verir ki, əməkdar artist Nüşabə Ələsgərli moderator.az-ın suallarını cavablandırıb.
- Nüşabə xanım, sənətçilərin bir çoxunda ruh düşkünlüyü var. Sizdə vəziyyət necədir?
- Bəli, düz deyirsiniz, ruh düşkünlüyü hamıda var. Ümumiyyətlə bu ruh düşkünlüyü əvvəl pandemiya ilə, daha sonra isə müharibəmizlə başladı. Müharibələr, dünyada baş verən hadisələr imkan vermir ki, ürəyimiz açılsın. Sadəcə olaraq işimizdir deyə, deyib-gülməyə məcburuq, amma ürəkdən gülmürük, içdən gəlmir.
- Bəs özünüzü yaranmış vəziyyətdən necə çıxarırsınız?
- Hamı necə, biz də elə. Dünya bir-birinə dəyib. Hələ xəbərlərdə deyirlər ki, 3-cü dünya müharibəsi də başlayacaq. Nə edək, adam qorxur! İşə gedib-işdən gəlirəm. Toy mənim üçün işdir də.
- Nüşabə xanım, siz həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Tələbələrinizdən razısınız?
- Mən artıq 12-ci ildir Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam, baş müəlliməm. Əlbəttə tələbələrimdən razıyam. Çox istedadlı, savadlı tələbələrimiz var. Onlar müsabiqə və tədbirlərdə iştirak edirlər. Bizim "Estrada" kafedramızda sayılıb-seçilən pedaqoqlar çalışır. Onlara dəstək də oluram, efirlərə çıxarıram. Uzun müddətdir özüm də efirlərə çıxmıram deyə, onlar da görünmür.
- Sizi bu sənətdə narahat edən nədir?
- Məni bu sənətdə və həyatda narahat edən təhsilsizlikdir. Təhsilə diqqət, keyfiyyət və nəzarət olmalıdır. İstər bağçalarda, istər orta, istərsə də ali məktəblərdə.
- Sizcə 3 badam, 1 qoz mahnıların ömrünə az qalıb?
- Xeyr, bu cür mahnılar hər zaman olub və olacaq da. İnsanlar müxtəlif mahnıları dinləyirlər. Zövqü uşaqlıq yaşlarından formalaşdırmaq lazımdır. Heç kəsə diktə etmək olmaz ki, filan mahnıya qulaq as. Təbii ki, təhsilli insanların zövqləri də başqa olur.
- Sizi qalmaqala salmaq çətindir yoxsa asan?
- Mən qalmaqalları heç sevmirəm və heç vaxt da qatılmıram. Ünvanıma kimsə nəsə desə də cavab vermirəm. Bunun üçün telefon var, lazım olsa zəng edib məsələni telefonla həll edərəm.
- Tez evlənənlə, tez yuxudan duran qalib gələr deyirlər. Bəs daha kimlər həyatda qalib sayılır?
- İradəli, mübariz və riski sevən insanlar həyatda hər zaman qalibdir.
- Nüşabə xanım, sizin dövrün bəzi sənətçiləri var ki, onlar bu gün diqqətdən kənarda qalıblar. Sizcə günah onların özlərindədir?
- Bu bir az çətin sualdır. Çünki hər kəsin öz qisməti, taleyi var. Bəzilərinin şəxsi həyatında problemlər yaranır, bəzilərini həvəsdən salırlar, ürəklərini qırırlar, bəzilərinin isə sağlamlıqlarında problem yaranır. Bunun günahı tamaşaçılarda deyil, müğənninin problemlərində, şəraitindədir. Tamaşaçı həmişə sevdiyi müğənnini gözləyir.
- Nüşabə xanım, iki ayın içində həm ananızı, həm də bacınızı itirdiniz. Onların itkisini sizə kim unutdurur?
- Bəli, iki ayın içində anamla bacımı itirdim. İtkini heç vaxt unutmaq olmur. Sadəcə zaman keçdikcə Allahın yazısı ilə razılaşırsan. Heç kəs yazını poza bilməz.
- Yuxunuza gəlirlər?
- Xeyr, çox az-az yuxuma gəlirlər. Yuxu da heç yadımda qalmır.
- Nüşabə xanım, həmin illərdə sənətinizə fasilə vermişdiniz?
- Bəli, universitetdə dərslərimə gedirdim, amma efirlərə, toylara getmirdim. 2 il efirlərdən uzaqlaşdım. Həyatdan küsməmişdim, amma mənəvi olaraq ruhdan düşmüşdüm, əsəb sistemim pozulmuşdu. Bu mənim səhhətimə pis təsir etdi. Yavaş-yavaş toparlanmağa çalışdım, həyatdır, Allahın məsləhətidir. Nə etmək olar?! Hamı bu dünyada gəldi-gedərdi. İtkilərə baxmayaraq hər kəs öz işini yenidən bərpa edir, həyata davam edir.
Milli.Az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
“2 ayın içində anamla bacımı itirdim, 2 il efirlərə çıxmadım, itkini unutmaq olmur...” - FOTOlar
15 Mart 2022 16:18
0 Şərh
Baxış: 1 260
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Argentinada güclü partlayış baş verib, 22 yaralı var
-
Rusiyanın ən böyük neft emalı zavodlarından biri vuruldu
-
Eyni anda 9 uşağa hamilə qaldı
-
Bakıda ana qızının bədəni yandırdı, kəmərlə döydü - TƏFƏRRÜAT - FOTO
-
"İndiyə qədər dilimə içki dəyməyib"
-
Maksim Qalkin bu hərəkətinə görə həbs edilə bilər - VİDEO
-
Qəzza - qlobal qayda böhranının laboratoriyası
-
Elman Cəfərov vəfat etdi - FOTO
-
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
-
"Burada oturmayın, camaat narahat olur" deyib bıçaqladı
-
İranla sərhəddə 90 milyon dollarlıq heroin ələ keçirildi - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
Ölkədə istilik mövsümü başlayır
-
Daşan yeməklərə son - Aşpazların istifadə etdiyi 8 təsirli üsul
-
USB kabellərində hər rəng ayrı funksiyanı göstərirmiş
-
"Bunu da bir ana doğub, bir kişidən əmələ gəlib"
-
Almanlar buna görə kredit kartından istifadə etmir
-
Bu xəstəliklər kişiləri gücdən salır
-
47 min insanın "ChatGPT" söhbəti yoxlanıldı - Süni intellektə verilən suallar
-
Ən sağlam süd növü açıqlandı– İnək südü siyahıda deyil
-
Evdə qadını yaşlandıran 5 amil: Bunları etməyin!
-
Xarakterli qadınlar: kişiləri uzaqlaşdıran 6 xüsusiyyət
-
408 dollara yığıb, 1200-ə SATIRLAR
-
Qoz qabığını atmayın: Məişətdə 6 effektiv istifadə üsulu





